9 Haziran 2017 Cuma
Rəqəmsal Marketinq Haqqında
Son illərdə dünyada və ölkəmizdə sürətlə artan internet
istifadəsi reklam və satış imkanlarını yeni platformaya daşımaq imkanı verdi. Artıq ənənəvi üsullar - TV, radio, qəzet/jurnal reklamları yerini Sosial Media Marketinqi, Rəqəmsal Marketinq kimi yeni və daha effektiv reklam metodlarına verməkdədir.
Web-Marketing, Internet Marketing, Online-Marketing, e-marketing kimi də adlandırılan Rəqəmsal Marketinq müəyyən səviyyəyə qədər hamı tərəfindən istifadə oluna bilər və müəyyən dərəcədə fayda verə bilər. Lakin geniş kütlələrə kontent və məhsulunuzu tanıtmaq onlarla vasitə, analiz metodları və düzgün idarəetmə ilə mümkündür.
Bugün ölkəmizdə ən çox istifadə olunan əsas supplier-lər Google Adwords, Facebook və müxtəlif lokal saytlardır. Lakin dünya təcrübəsi bizə həmçinin Bing Ads, Twitter, LinkedIn, ProPeller, Adsterra və s. kimi vasitəçilərin də effektiv reklam tool-larından xəbər verir.
Bloqda məqsədimiz:
Bu Digital Marketinq bloqunda ilk yazım idi. Ümumimən rəqəmsal marketinq haqqında məlumat vermək istədim. Saytın və sosial hesablarımızın tam formalaşması ilə maraqlı və faydalı yazı/analizlərlə mütəmadi paylaşımlara davam edəcəyəm. Bloqu izləyin.
Kaydol:
Kayıt Yorumları (Atom)



Hiç yorum yok:
Write yorum